Cambalkon
Cambalkon ilk dəfə Finlandiyada hazırlanmış və istehsal edilərkən əsas məqsəd quşları eyvanlardan uzaq tutmaq olmuşdur. İlk sistemlər tamamilə alt hissədən daşınırdı və yük sadəcə alt təkərlərə düşürdü. Zamanla inkişaf etdirilərək bugünkü müxtəlif növ sistemlər ortaya çıxmışdır. Eyvanların şüşə ilə bağlanması əvvəlcə Avropaya, ordan da bütün dünyaya yayılmışdı. Bizim əsasən cambalkon məhsullarını idxal etdiyimiz ölkə olan Türkiyədə ilk dəfə 1996-cı ildə Ankarada istehsalı başlanmışdır. Azərbaycanda isə ilk dəfə 2007-ci ildə cambalkonun satış və quraşdırmasını həyəta keçirən Glass Construction olmuşdur.