+994 50 620 3010 |   info@glassconstruction.az |   Bloq

Cambalkon

Cambalkon ilk dəfə Finlandiyada hazırlanmış və istehsal edilərkən əsas məqsəd quşları eyvanlardan uzaq tutmaq olmuşdur. İlk sistemlər tamamilə alt hissədən daşınırdı və yük sadəcə alt təkərlərə düşürdü. Zamanla inkişaf etdirilərək bugünkü müxtəlif növ sistemlər ortaya çıxmışdır. Eyvanların şüşə ilə bağlanması əvvəlcə Avropaya, ordan da bütün dünyaya yayılmışdı. Bizim əsasən cambalkon məhsullarını idxal etdiyimiz ölkə olan Türkiyədə ilk dəfə 1996-cı ildə Ankarada istehsalı başlanmışdır. Azərbaycanda isə ilk dəfə 2007-ci ildə cambalkonun satış və quraşdırmasını həyəta keçirən Glass Construction olmuşdur.

Sürmə cambalkon

Sürgülü cambalkon sistemleri iç və çöl məkanlar – eyvan, qış baxçası, kafe, restoran,vitrin və s. arakəsməsi üçün yararlıdır. Dar məkanlar üçün ideal bir sistemdir, beləki, açıldığı zaman öz relsində üst-üstə yığıldığı üçün yer tutmur. Bundan əlavə şüşə panellər içəri qatlanmadığı üçün pərdə istifadəsi çox rahatdır, sinəklik quraşdırılması mümkündür. Profil və şüşə rəng çeşidlərinin çox olması isə evinizə uyğun rəng seçimi etmənizi asanlaşdırır.

Asqılı sistem

Bu sistemin əsas xüsusiyyəti üstdən asqılı olaraq hərəkət etdiyindən kandarsız (alt hissəsində heç bir maneənin olmaması) olması və istənilən tərəfdə şüşələri toplamaq mümkündür. İstənildiyi təqdirdə bütün şüşə panelləri bir tərəfə yığaraq məkanları genişləndirə bilərsiz. Restoran, kafe, qış baxçalarını bağlamaq və evlərdə, iş yerlərində arakəsmə olaraq istifadə üçün ideal istemlərdir.

Özündən pərdəli cambalkon sistemləri

Bu sistemlərdə hər şüşə lövhə üzərində ayrıca pərdə olur. Pərdəli sistemdən istifadə etməklə günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Yalnız eyvanlarda deyil, eyni zamanda qış bağçası, kafe, restoran və s məkanlarda da istifadə üçün ideal sistemlərdir.Pərdələr uzun müddət günəş şüalarının təsirinə davamlıdır, rəngi solmur, təmizlənməsi çox rahatdır. Pərdələr üçün istifadə olunan yaylar İtaliya istehsalıdır. (marka Mottura)

Paket cambalkon sistemi

Bu cambalkon sistemi eyvan, qış bağçası, veranda, terras, kafe və restoranlar və s. məkanların bağlanması üçün istifadə olunur. İstənildiyi zaman tamamən açılıb-bağlana bilir. Digər cambalkon sistemlərindən fərqli olaraq hava, su və külək keçirmir. Sistemdə 28 mm qalınlığında paket şüşə istifadə olunur. Şüşə panellərin birləşmələrində izolyasiya üçün EPDM rezin və maqnit istifadə olunur. Bu da təkqat şüşə ilə olan digər cambalkonlarla müqayisədə 5 qat artıq enerji qənaəti deməkdir. İstəyə görə şüşələrin arasına jalüz də quraşdırıla bilər. Sistemin əsas üstünlüklərindən biri də təkərlərin bütün komponentlərinin paslanmaz metaldan olmasıdır. Səssiz hərəktini təmin etmək üçün polyamid örtük ilə üzlənmişdir. 90 dərəcə, L və U şəklindəki eyvanlarda da tətbiq olunması mümkündür. Paket cambalkon ilə məkanlarınızı dörd mövsüm yaşanacaq yer halına gətirə bilərsiniz.

Sadə Cambalkon

Çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Bu sistemlərdə şüşə lövhələr alüminium rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütülüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı (temperli) olması, təhlükəsizliyinizi təmin edir. Profillər alqminium olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Cambalkon sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən külək, yağış, toz, səs və s. qoruyur.

Razı qalan müştərilər

Rəylər və reytinq

Jack Taylor

Software Enginer

Glass Construction LLC has been carrying out its activities since 2007 offering the all types of modern glass and glass systems in Azerbaijani market.

Terry Bosserman

Holiday Inn Hotel Manager

Glass Construction LLC has been carrying out its activities since 2007 offering the all types of modern glass and glass systems in Azerbaijani market.

Annie Manson

System administration

Glass Construction LLC has been carrying out its activities since 2007 offering the all types of modern glass and glass systems in Azerbaijani market.