Pəncərələr və qapılar
Pəncərə - işığın, səsin və havanın keçməsinə imkan yaradan divarda, qapıda, damda və ya nəqliyyat vasitəsində açılan bir oyuqdur. Müasir pəncərələr adətən hər hansı bir şəffaf və ya yarımşəffaf materialla şüşələnmiş və ya örtülmüşdür. Bir çox pəncərələr havanın dəyişməsinə imkan yaratmaq üçün açıla və ya əlverişsiz havanın buraxılmaması üçün bağlanıla bilər. Pəncərələrdə qanadı bağlamaq və ya tələb olunan miqdarda pəncərəni açıq saxlamaq üçün cəftə və ya ona oxşar mexanizm var. Pəncərə növlərinə daxildir: dam pəncərəsi, sabit (açılmayan) pəncərə, tək və ya cift açılımlı pəncərələr, üfüqi bağlanan pəncərələr, qapayıcı pəncərələr, yuxarı ventilyasiya pəncərələri, qatlanıb-açılan pəncərələr, sürgülü çərçivəli pəncərələr (adətən qapı ölçüsündə), dönən və qatlanıb-açılan pəncərələr, kəpəngli pəncərələr, jalyuzlü pəncərələr, yuxarı hissədən evin işıq alması üçün tavan pəncərələri, işıq fənərləri, çıxıntılı (fənərli) pəncərə, erkerli pəncərələr, Diokletian pəncərələri, panoramalı pəncərələr, qəza çıxışı pəncərələri, vitraj pəncərələri, Fransız pəncərələri və panelli pəncərələr.