+994 50 620 3010 |   info@glassconstruction.az |   Bloq

Pəncərələr və qapılar

Pəncərə - işığın, səsin və havanın keçməsinə imkan yaradan divarda, qapıda, damda və ya nəqliyyat vasitəsində açılan bir oyuqdur. Müasir pəncərələr adətən hər hansı bir şəffaf və ya yarımşəffaf materialla şüşələnmiş və ya örtülmüşdür. Bir çox pəncərələr havanın dəyişməsinə imkan yaratmaq üçün açıla və ya əlverişsiz havanın buraxılmaması üçün bağlanıla bilər. Pəncərələrdə qanadı bağlamaq və ya tələb olunan miqdarda pəncərəni açıq saxlamaq üçün cəftə və ya ona oxşar mexanizm var. Pəncərə növlərinə daxildir: dam pəncərəsi, sabit (açılmayan) pəncərə, tək və ya cift açılımlı pəncərələr, üfüqi bağlanan pəncərələr, qapayıcı pəncərələr, yuxarı ventilyasiya pəncərələri, qatlanıb-açılan pəncərələr, sürgülü çərçivəli pəncərələr (adətən qapı ölçüsündə), dönən və qatlanıb-açılan pəncərələr, kəpəngli pəncərələr, jalyuzlü pəncərələr, yuxarı hissədən evin işıq alması üçün tavan pəncərələri, işıq fənərləri, çıxıntılı (fənərli) pəncərə, erkerli pəncərələr, Diokletian pəncərələri, panoramalı pəncərələr, qəza çıxışı pəncərələri, vitraj pəncərələri, Fransız pəncərələri və panelli pəncərələr.

İzosistem alüminium

Alüminium izosistemlər iki alüminium profildən və onlar arasında yerləşən plastik körpüdən ibarətdir. Bu plastik körpü özünə məxsus bir maneə rolunu oynayır və bayırdan içəriyə soyuğu, içəridən bayıra isə istini buraxmır. Səs izolyasiyasının da öhdəsindən ideal olaraq gəlir. Plastik körpü, həmçinin kənar səslərin içəriyə daxil olmasının və tərləmənin də qarşısını alır. Bu panoram şüşələmə, evlər, villalar və qış baxçaları üçün ideal bir variantdır. Profillərin rəng seçimi genişdir, məkana və sizin zövqünüzə görə dəyişmək mümkündür. Bu profillər daimi qulluq tələb etmir və uzunmüddətli istismara malikdirlər. Müxtəlif qapı, pəncərə, sürmə, qatlanan qapılar kimi sistemləri özündə cəmləşdirir.

Taxta örtüklü izosistem alüminium pəncərə

Alüminium izosistemlər iki alüminium profildən və onlar arasında yerləşən plastik körpüdən ibarətdir. Bu plastik körpü özünə məxsus bir maneə rolunu oynayır və bayırdan içəriyə soyuğu, içəridən bayıra isə istini buraxmır. Həmçinin səs izolyasını yüksəldir. Alüminium izosistem pəncərələrin iç tərəfinin taxta örtüyünün olması isə evin içərisində nəmişlik olmasının qarşısını alır, daha isti bir görüntü əldə etmiş olursuz. Ən əsası təbiətdən bir hissə olduğu üçün ailəniz və sizin sağlamlığınızın qeydinə qalmış olur.

Alüminium örtüklü taxta pəncərə

Taxta-Aluminium Profillərin çöl tərəfinə yerləşdirilmiş aluminium istənilən hava şəraitinə qarşı dayanıqlıdır. İç tərəfdən taxta profilin quraşdırılması isə rütubətin qarşısını alır və sağlamlığınızın qorunmasını təmin etmiş olur. Taxtaların rəng çeşidinin çox olması interyerinizi tamamlayır. Taxta-aluminium profillərdən hazırlanmış pəncərələr məkanlara rahatlıq və komfort gətirir.

Taxta pəncərə

Təbiətin təravətini evinizdə hiss edə biləcəyiniz Palıd, Meranti, Şam ağaclarından, dünyanın dizayn və dəb mərkəzi sayılan İtaliyada ən yüksək texnoloji üsullarla hazırlanmış qapı, pəncərə, bir neçə növdə sürmə sistemlər, qatlanan qapılar, kəpənk sistemləri ilə yaşayış yerlərinizdə sağlam həyat yaratmış olacaqsınız. Xüsusilə də rütubətin çox aşağı düşməsinə nail ola bilərsiniz. Glass Construction olaraq İtaliyadan sizing tələbatlarınızı qarşılamaq məqsədilə Starwood, PB Finestre kimi brendlərin taxta və taxta-aluminium pəncərə sistemlərini təqdim etməkdən qürur duyuruq.

Plastik qapı və pəncərə

Maddi mülkiyyətinizi qorumaq, həmçinin evlərinizdə özünüzü təhlükəsiz və əmin amanlıqda hiss etmək doğru pəncərə və qapıları seçmək qədər sadədir. Deceuninckin yüksək təhlükəsizlik qurğuları, çox nöqtəli kilid sistemi və mükəmməl çərçivə gücü sizi təhlükələrdən uzaq tutmaqla yanaşı, həm də sağlamlığınıza xidmət edir. İstifadəçi üçün rahat, müasir və təhlükəsiz qapı və pəncərə sistemlərini bir çox rəng çeşidinin olması sizin evinizin həm memarlığı, həm də dekorasiyası ilə mükəmməl ahəngi təmin edir. Mükəmməl Həyatın Pəncərəsi Deceuninck keyfiyyəti ilə yanaşı, digər istehsalçılardan rəng çeşidlərinin çoxluğu ilə də fərqlənir.

Razı qalan müştərilər

Rəylər və reytinq

Jack Taylor

Software Enginer

Glass Construction LLC has been carrying out its activities since 2007 offering the all types of modern glass and glass systems in Azerbaijani market.

Terry Bosserman

Holiday Inn Hotel Manager

Glass Construction LLC has been carrying out its activities since 2007 offering the all types of modern glass and glass systems in Azerbaijani market.

Annie Manson

System administration

Glass Construction LLC has been carrying out its activities since 2007 offering the all types of modern glass and glass systems in Azerbaijani market.