(+994 12) 537 16 46 •

 

Sabit Şüşə Tavan Sistemləri

Şüşə tavan sistemləri kafe, restoran, qış baxçası, hovuz, terras, ticarət mərkəzi və s. kimi məkanların üzərini bağlamaq üçün nəzərdə tutulan sistemlərdir. Şüşə tavanlar istəyə görə temperli, lamina, paket şüşə və ya polikarbonatdan quraşdırıla bilər. Şüşələr sadə və ya günəş işığını yüksək dərəcədə əks etdirmə və istiliyi az keçirmə xüsusiyyəti olan gümüşü (silver) olaraq təklif olunur. Şüşə və profillərinin rəng seçimlərinin olması da məkanın arxitektur quruluşunun və dekorasiyasının saxlanmasında müsbət rol oynayır.