(+994 12) 537 16 46 •

 

Qatlanan Cambalkon Sistemləri

Çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Bu sistemlərdə şüşə lövhələr alüminium rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütünlüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı (temperli) olması, təhlükəsizliyinizi təmin edir. Profillər alüminium olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Cambalkon sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta bir çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən – külək, yağış, toz, səs və s. qoruyur.