(+994 12) 537 16 46 •

 

Alüminium izosistemlər

Alüminium izosistemlər yalnız son zamanlarda geniş məşhurluq əldə etmiş və ildən ilə müştərilərin etibarını və inamını qazanmışlar. Adətən alüminium yüksək istilikkeçirməyə malik soyuq metal kimi gəbul olunur. Termoizolyasıyalı alüminium profillərin istehsalçiları isə alüminium sistemlərinə yeni bir baxış təklif etmişlər, belə ki, bu sistemlər öz keyfiyyət və funksionallıqlarına görə başqa materiallardan olan sistemlərdən geri qalmırlar. Belə bir sual yarana bilər: alüminium profil necə termoizolyasiyalı ola bilər? Bu cür konstruksiya iki alüminium profildən və onlar arasında yerləşən plastik körpüdən ibarətdir. Bu plastik körpü özünə məxsus bir maneə rolunu oynayır və bayırdan icəriyə soyuğu, içəridən bayıra isə istini buraxmır. Səs izolyasiyasının da öhdəsindən ideal olaraq gəlir. Plastik körpü həmçinin kənar səslərin içəriyə keçməsinin də qarşısını alır. Bu panoram şüşələmə, balkonlar və qış baxçaları üçün ideal bir variantdır. Bu sistemlərin daha bir üstünlüyü müxtəliflikdir. Siz onları həm şəhər evlərində, həm də böyük həyət evlərində quraşdıra bilərsiniz. Bundan əlavə, onların istənilən rəngi mümkündür. Belə profillər daimi qulluq tələb etmir və bundan əlavə, uzunmüddətli istismara malikdirlər.