(+994 12) 537 16 46 •

 

Duş Kabinlər (Profil ilə)

Hamam otağının dizaynı, individual istək və tələbatlara uyğun qurulması artıq günün tələbinə çevrilmişdir. Günümüzdə insanların duş otağında daha fərqli konfort və təmizlik gözləntiləri və müasir texnologiyanın inkişafı bu tələbatları qarşılamaqda heç də çətinlik çəkmir. Biz isə sizlərə daha konfortlu duş qəbul etmənizə imkan verən və eyni zamanda gigiena normalarının qorunmasını təmin edən müasir duş kabin sistemlərini təklif edirik. Glass Construction MMC olaraq vanna otağınızda yığacağımız müxtəlif ölçülərə uyğun, müxtəlif şüşə növləri ilə vanna üzərinə və ya yerdən duş kabinlər sizin zövqünüzü oxşayacaqdır. Duş kabinlərimiz Seçdiyiniz sistemdən asılı olaraq su sıçrayışlarının qarşısını 90-100% alır. Duş kabinlərin hazırlanmasında temperli (zərbəyədavamlı) şüşə və ya polistren material istifadə olunur ki, bu da sizin və ailənizi sağlamlığının təhlükə altında qalmasının qarşısını alır. Duş kabinlərin hazırlanmasında istifadə olunan profillər Türkiyə istehsalıdır.