(+994 12) 537 16 46 •

Sürgülü Qapılar

Sürgülü qapılar evlərin içərisində olan arakəsmələr üçün ideal sistemdir. Bu sistemlərdə qapı üst hissədə bərkidilmiş borudan asılı şəkildə olur və o boru üzərində hərəkət edir. Bu qapılarda istifadə olunan bütün aksesuarlar paslanmazdır. Ən üstün cəhəti açıldığı zaman yer tutmamasıdır. Əsasən 10 mm qalınlığında temperli şüşələr istifadə olunur. Şüşələrin rəng seçimləri vardır, bundan başqa istədiyiniz hər hansı dekorıarı da şüşə üzərinə həkk olunması mümkündür.