(+994 12) 537 16 46 •

Açılan Tavan Sistemləri

Açılan şüşə tavan sistemləri – şüşə panellərin hərəkət edərək sabit bir hissə üzərinə yığıla bilməsi xüsusiyyətinə malik bir dam örtüyüdür. Bu sistemləri kafe, restoran, qış baxçası, hovuz, terras, ticarət mərkəzi və s. üzərini bağlamaq üçün nəzərdə tutulmuşdur. Beləki, şüşə tavanlar sayəsində siz 4 mövsüm gün işığından yararlana bilərsiniz, havalandırma və sərinləşdirməni asanlaşdırdığı üçün xərclərinizi müəyyən qədər azalda bilərsiz. Alüminyum konstruksiyası və xüsusi dizaynı ilə 50 metrə qədər şüşə tavan sistemi quraşdırmaq mümkündür. Konstruksiyası alüminyum olduğu üçün yüngüldür və paslanmır. Şüşə tavanlar istəyə görə temperli, lamina, paket şüşə və ya polikarbonatdan quraşdırıla bilər. Şüşələr sadə və ya günəş işığını yüksək dərəcədə əks etdirmə və istiliyi az keçimə xüsusiyyəti olan gümüşü (silver) olaraq təklif olunur. Açılan şüşə tavan sistemləri manuel, motorlu və pultla idarə edilərək açıla bilər. 66 % və ya 75 % qədər açıla bilən sistemlər vardır. Şüşə tavan sistemləri 100% su keçirmir. Bu sistemlər quraşdırılarkən minimum 20% meyillik verilir. Şüşə və profillərinin rəng seçimlərinin olması da məkanın arxitektur quruluşunun və dekorasiyasının saxlanmasında müsbət rol oynayır.