(+994 12) 537 16 46 •

 

Taxta Profillər

Taxta profillər pəncərə istehsalında istifadə olunan ən ekoloji və sağlam material hesab olunur. Bu profillər orta enliklərin meşələrindən gətirilən palıd, meranti və şam ağaclarından hazırlanmaqla məkanların havasına da məhs bu tipli sağlam meşə təravəti gətirməkdədir. Taxta profillər digər pəncərə qapı materiallarından fərqli olaraq nisbətən baha olmasına baxmayaraq məkanlarında ergonomik dizayn və sağlamlıq axtarışında olanlar üçün ən yaxşı seçimdir.

Taxta-Aluminium Profillər

Taxta-Aluminium Profillərin xarici tərəfinə yerləşdirilmiş aluminium istənilən hava şəraitinə qarşı dayanıqlıdır. İç tərəfdən taxta profilin quraşdırılması isə uzun zaman daxildən qormanı təmin etmiş olur. Bu tipli profillərdən hazırlanan pəncərələrə əlavə taxta qoruyucusu gərək deyildir. Taxta-aluminium profillərdən hazırlanmış pəncərələr məkanlara rahatlıq və konfort gətirir.

PVC Profillər

Pəncərələr üçün PVX profili nədir? Bu –polivinilxlorid – yüksək möhkəmliyə malik plastikin bir növüdür – təbii rütubətdən: etilen ( neftkimiya məhsulu) və xörək duzundan alınmış əlaqələndirici xlordan əldə edilən süni materialdır. Bu – təmiz PVX – dir. Plastik profilin bir sıra yaxşı cəhətləri var. PVX profili əyilmir, rütubətdən, şaxtadan qorxmur, yanğını saxlamır. Bəs plastik profilin uzun ömürlülüyü?! Son dərəcə uzun ömürlü vasitədir! PVX –dən hazırlanmış pəncərələr istidən qoruma və səsdən təcrid etmədə yüksək göstəriciyə malikdir. İstənilən hətta ən qəribə formaları alma bacarığına görə plastika inşaatçıları plastik pəncərələrdən məmnuniyyətlə qədim evlərin restavrasiyasında, memarlıq abidələrində, yeni binaların təmiri və yenidən tikilməsində istifadə edirlər.