(+994 12) 537 16 46 •

 

Alüminium izosistemlər

Alüminium izosistemlər yalnız son zamanlarda geniş məşhurluq əldə etmiş və ildən ilə müştərilərin etibarını və inamını qazanmışlar. Adətən alüminium yüksək istilikkeçirməyə malik soyuq metal kimi gəbul olunur. Termoizolyasıyalı alüminium profillərin istehsalçiları isə alüminium sistemlərinə yeni bir baxış təklif etmişlər, belə ki, bu sistemlər öz keyfiyyət və funksionallıqlarına görə başqa materiallardan olan sistemlərdən geri qalmırlar. Belə bir sual yarana bilər: alüminium profil necə termoizolyasiyalı ola bilər? Bu cür konstruksiya iki alüminium profildən və onlar arasında yerləşən plastik körpüdən ibarətdir. Bu plastik körpü özünə məxsus bir maneə rolunu oynayır və bayırdan icəriyə soyuğu, içəridən bayıra isə istini buraxmır. Səs izolyasiyasının da öhdəsindən ideal olaraq gəlir. Plastik körpü həmçinin kənar səslərin içəriyə keçməsinin də qarşısını alır. Bu panoram şüşələmə, balkonlar və qış baxçaları üçün ideal bir variantdır. Bu sistemlərin daha bir üstünlüyü müxtəliflikdir. Siz onları həm şəhər evlərində, həm də böyük həyət evlərində quraşdıra bilərsiniz. Bundan əlavə, onların istənilən rəngi mümkündür. Belə profillər daimi qulluq tələb etmir və bundan əlavə, uzunmüddətli istismara malikdirlər.

Aluminium Qatlanan Qapılar (Bi-Fold)

Akkordion tipli açılma forması olan bu qapılar evlərə estetik bir görünüş verməklə bərabər, məkanların funksiyasını da artırır. Qatlanan qapı sistemleri ile terras, eyvan və baxçalara açılan geniş yerleri bağlamaq olar. Beleliklə həmin hissələri istediyiniz zaman tam şəkildə aca bilərsiz. Bundan başqa iş yerləri, iclas zalları və evlərin içərisində arakəsmə olaraq istifadə üçün yaxşı seçimdir.

Aluminium Sürgülü Qapılar (Lift&Slide)

Alüminium sürgülü qapılar adətən koteclərin, eyvanların, hovuzların, evlərin, restoranların və kafelərin şüşələnməsində istifadə olunur. Bu sistemlərin bir sıra üstünlükləri var:

1. yüksək termoizoləsiya
2. yüksək səs izoləsiyası
3. sistemlərin germetik olması
4. böyük ölçülü sistemlərin quraşdırılması imkanı
5. dar məkanlarda istifadə imkanı və bununla belə yer gənaəti
6. profillərin istənilən RAL rənginə boyanması imkanı.

Alüminium izosistemləri 2 qanadlı və hündürlüyü 2,5 eni isə 6 metrə gədər ola bilər (bir qanadı 3 metrə olmaqla). Bu sistemlərin istifadəsi sizin evinizin işıqlanmasını daha da artırır və geniş panorama gürünüşünü bəxş edir.

Aluminium Pəncərə-Qapı Sistemləri

Alüminium izosistemlər yalnız son zamanlarda geniş məşhurluq əldə etmiş və ildən ilə müştərilərin etibarını və inamını qazanmışdır. Adətən alüminium yüksək istilikkeçirməyə malik soyuq metal kimi gəbul olunur. Termoizolyasıyalı alüminium profillərin istehsalçiları isə alüminium sistemlərinə yeni bir baxış təklif etmişlər, belə ki, bu sistemlər öz keyfiyyət və funksionallıqlarına görə başqa materiallardan olan sistemlərdən geri qalmırlar. Belə bir sual yarana bilər: alüminium profil necə termoizolyasiyalı ola bilər? Bu cür konstruksiya iki alüminium profildən və onlar arasında yerləşən plastik körpüdən ibarətdir. Bu plastik körpü özünə məxsus bir maneə rolunu oynayır və bayırdan icəriyə soyuğu, içəridən bayıra isə istini buraxmır. Səs izolyasiyasının da öhdəsindən ideal olaraq gəlir. Plastik körpü həmçinin kənar səslərin içəriyə keçməsinin də qarşısını alır. Bu panoram şüşələmə, balkonlar və qış baxçaları üçün ideal bir variantdır. Bu sistemlərin daha bir üstünlüyü müxtəliflikdir. Siz onları həm şəhər evlərində, həm də böyük həyət evlərində quraşdıra bilərsiniz. Bundan əlavə, onların istənilən rəngi mümkündür. Belə profillər daimi qulluq tələb etmir və bundan əlavə, uzunmüddətli istismara malikdirlər.

Aluminium Üçlü Sürmə Qapı Sistemlər

Üçlü sürmə sistemler dar məkanlar üçün ideal bir sistemdir, beləki, açıldığı zaman öz relsində üst-üstə yığıldığı üçün yer tutmur. Bundan əlavə şüşə panellər içəri qatlanmadığı üçün pərdə istifadəsi çox rahatdır, sinəklik quraşdırılması mümkündür. Profilləri alüminiumdur, korroziyaya ugramir, uzun iller rəngini dəyişmir. Profil və şüşə rəng çeşidlərinin çox olması isə evinizə uyğun rəng seçimi etmənizi asanlaşdırır.