(+994 12) 537 16 46 •

 

Sabit Şüşə Tavan Sistemləri

Şüşə tavan sistemləri kafe, restoran, qış baxçası, hovuz, terras, ticarət mərkəzi və s. kimi məkanların üzərini bağlamaq üçün nəzərdə tutulan sistemlərdir. Şüşə tavanlar istəyə görə temperli, lamina, paket şüşə və ya polikarbonatdan quraşdırıla bilər. Şüşələr sadə və ya günəş işığını yüksək dərəcədə əks etdirmə və istiliyi az keçirmə xüsusiyyəti olan gümüşü (silver) olaraq təklif olunur. Şüşə və profillərinin rəng seçimlərinin olması da məkanın arxitektur quruluşunun və dekorasiyasının saxlanmasında müsbət rol oynayır.

Açılan Tavan Sistemləri

Açılan şüşə tavan sistemləri – şüşə panellərin hərəkət edərək sabit bir hissə üzərinə yığıla bilməsi xüsusiyyətinə malik bir dam örtüyüdür. Bu sistemləri kafe, restoran, qış baxçası, hovuz, terras, ticarət mərkəzi və s. üzərini bağlamaq üçün nəzərdə tutulmuşdur. Beləki, şüşə tavanlar sayəsində siz 4 mövsüm gün işığından yararlana bilərsiniz, havalandırma və sərinləşdirməni asanlaşdırdığı üçün xərclərinizi müəyyən qədər azalda bilərsiz. Alüminyum konstruksiyası və xüsusi dizaynı ilə 50 metrə qədər şüşə tavan sistemi quraşdırmaq mümkündür. Konstruksiyası alüminyum olduğu üçün yüngüldür və paslanmır. Şüşə tavanlar istəyə görə temperli, lamina, paket şüşə və ya polikarbonatdan quraşdırıla bilər. Şüşələr sadə və ya günəş işığını yüksək dərəcədə əks etdirmə və istiliyi az keçimə xüsusiyyəti olan gümüşü (silver) olaraq təklif olunur. Açılan şüşə tavan sistemləri manuel, motorlu və pultla idarə edilərək açıla bilər. 66 % və ya 75 % qədər açıla bilən sistemlər vardır. Şüşə tavan sistemləri 100% su keçirmir. Bu sistemlər quraşdırılarkən minimum 20% meyillik verilir. Şüşə və profillərinin rəng seçimlərinin olması da məkanın arxitektur quruluşunun və dekorasiyasının saxlanmasında müsbət rol oynayır.

Hərəkətli Tent Sistemləri

Tent sistemləri eyvanlar, verandalar, qış baxçaları, kafe, restoran və s. məkanlar üçün nəzərdə tutulmuş sistemlərdir. Pultla idarə edilərək açılan bu sistemlərin köməyi ilə məkandan hər mövsümdə istifadə edə biləcəksiniz. Tent sistemlərində black-out növ parçadan istifadə olunur ki, onun da əsas xüsusiyyətləri- günəş şüasını keçirçir, su keçirmir, alov yayılmır, göbələk tutmur. Müxtəlif ölçülərdə və rənglərdə olan bu sistemlərdə istənildiyi təqdirdə led işıqlandırma sistemi də quraşdırıla bilir. Konstruksiyası alüminiumdur.

SmartRoof

Ağıllı tavan sistemlerini (Smart Roof) tək düymə ilə açıb-bağlaya, yaxud da işıq və havalandrma üçün panelləri sadəcə aralı saxlaya bilərsiz. Sistemin konstruksiyası və panelləri alüminiumdan hazırlanır, panelləri relsə birləşdirən hərəkətli makaslar isə paslanmaz metaldandır. İstilik və səs izolasyasını təmin etmək üçün alüminium panellərin içərisi poliüretan ilə doldurula da bilir. Həmçinin hər növ işıqlandırma və isitmə sistemlərinin bu sistemə quraşdırılmasına imkan var. Pult ilə idarə edilir, Somfy marka motor istifadə olunur. Xüsusilə restoran və kafelər üçün əvəzedilməz bir sistemdir. Rəng seçimlərinin çoxluğu isə məkana zərif cizgilər verməkdə, səmimi abu-hava yaratmaqda sizə kömək edəcək.