(+994 12) 537 16 46 •

 

Taxta Qatlanan Qapılar

Təbiətin təravətini evinizdə hiss edə biləcəyiniz Palıd, Meranti, Şam ağaclarından, dünyanın dizayn və dəb mərkəzi sayılan İtaliyada ən yüksək texnoloji üsullarla hazırlanmış qatlanan qapılarla yaşayış yerlərinizdə sağlam həyat yaratmış olacaqsınız. Glass Construction olaraq İtaliyadan sizin tələbatlarınızı qarşılamaq məqsədilə Starwood, PB Finestre, Massari kimi dünyaca məşhur brendlərin taxta və taxta aluminium pəncərə-qapı sistemlərini sizlərə təqdim etməkdən qürur duyuruq.

Taxta Sürgülü Qapılar (Lift&Slide)

Eyvan və teraslara açılan hissələrdə sizə üfüqə geniş baxış bucağını təmin edən və orta enliklərin palıd, meranti, şam ağaclarının təravətini evinizə daşıyan bu sürgülü qapı sistemləri evinizin modernizasiyasına rəng qatacaqdır. İtaliyadan Starwood, Massari və PB Finestre şirkətləri tərəfindən zövq və texnologiyanın vəhdəti ilə istehsal olunmuş bu tipli sürmə qapı mexanizmləri rahatlığınızın təminatında əvəzsiz olacaqdır.

Taxta Üçlü Sürmə Qapı Sistemləri

Ev və villalarda dənizə və ya uzaq üfüqə açılan panoramanı seyr etmənizə yardımçı olan üçlü sürmə qapı sistemləri İtaliyanın Starwood, Massari və PB Finestre şirkətlərinin məhsullarıdır. Bu şirkətlər istehsalda tam təbii xammaldan- palıd, meranti və şam ağaclarından istifadə edir və bu yolla həm zövqünüzü oxşayır həm də sağlamlığınızın qorunmasına xidmət edir.

Taxta Pəncərə və Qapılar

Evlərinizdə sağlam yaşam şəraiti qurmaq fikrindəsinizsə İtaliya istehsalı Starwood, Massari və PB Finestre şirkətlərinin məhsulları olan taxta pəncərə sistemləri sizin axtardığınızdır.

Taxta Kəpənk Sistemləri

Pəncərələrinizi yağış, külək və digər təsirlərdən qoruyan və eyni zamanda eksteryer dizayn harmoniyasına daha gözəl görkəm verən taxta kəpənk sistemləri konfortlu yaşamınız üçün yaradılmışdır.