(+994 12) 537 16 46 •

 

Şüşə Qapılar (Aksesuarla)

Şüşə qapıları ev, ofis, ticarət mərkəzi və s istənilən növ məkanda istifadə etmək olar. Qapılar petləli olur. Ölçüdən asılı olaraq petlə sayı müəyyənləşdirilir. Əsasən 8 mm və 10 mm qalınlığında temperli şüşələr istifadə olunur. Şüşələrin rəng seçimləri vardır, bundan başqa istədiyiniz hər hansı dekorıarı da şüşə üzərinə həkk olunması mümkündür.

Fotosel Qapılar

Fotosel qapılar əsasən kafe, restoran, ofis və ticarət obyektlərində istifadə olunur. Əsas özəlliyi yaxına gəlindiyi zaman avtomatik olaraq açılmasıdır. Kənarlarının profillərinin və şüşələrinin rəng seçimi genişdir. Əsasən 10 mm qalınlığımda temperli şüşələr istifadə olunur. Tək açılan və iki açılan olararaq quraşdırılması mümkündür. İstənildiyi zaman kənarları çərçivəsiz, sadəcə şüşə olaraq etmək mümkündür.

Motorlu Qapılar

Motorlu qapılar əsasən kafe, restoran, ofis və ticarət obyektlərində istifadə olunur. Əsas özəlliyi isə qapını açdıqdan sonra hidrovlik motorun köməyi ilə qapının özünün örtülməsidir. Bunun köməyilə də xüsusilə ticarət obyektlərində qapı müştərilər tərəfindən açıq buraxılsa belə özü qapanır və enerjiyə qənaət olunmuş olar. Qapıların ölçüsünə əsasən motorun gücü müəyyənləşdirilir.Əsasən 10 mm qalınlığında temperli şüşələr istifadə olunur. Şüşələrin rəng seçimləri vardır, bundan başqa istədiyiniz hər hansı dekorları da şüşə üzərinə həkk olunması mümkündür.

Sürgülü Qapılar

Sürgülü qapılar evlərin içərisində olan arakəsmələr üçün ideal sistemdir. Bu sistemlərdə qapı üst hissədə bərkidilmiş borudan asılı şəkildə olur və o boru üzərində hərəkət edir. Bu qapılarda istifadə olunan bütün aksesuarlar paslanmazdır. Ən üstün cəhəti açıldığı zaman yer tutmamasıdır. Əsasən 10 mm qalınlığında temperli şüşələr istifadə olunur. Şüşələrin rəng seçimləri vardır, bundan başqa istədiyiniz hər hansı dekorıarı da şüşə üzərinə həkk olunması mümkündür.