(+994 12) 537 16 46 •

 

Asqılı (Kandarsız) Cambalkon

Bu sistemin əsas xüsusiyyəti üstdən asqılı olaraq hərəkət etməsi və kandarsız (alt hissəsində heç bir maneənin olmaması) olmasıdır. Sistemin istənilən tərəfində şüşələri yanlara yığmaq mümkündür. İstənildiyi təqdirdə bütün şüşə panelləri bir tərəfə yığaraq məkanları genişləndirə bilərsiz. Restoran, kafe, qış baxçalarını bağlamaq və evlərdə, iş yerlərində arakəsmə olaraq istifadə üçün ideal sistemlərdir.

Pərdəli Cambalkon

Bu cambalkon sistemlərində hər şüşə lövhə üzərində ayrıca pərdə olur. Pərdəli sistemdən istifadə etməklə günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Yalnız eyvanlarda deyil, eyni zamanda qış baxçası, kafe, restoran və s məkanlarda da istifadə üçün ideal sistemlərdir. Pərdələr uzun müddət günəş şüalarının təsirinə davamlıdır, rəngi solmur, təmizlənməsi çox rahatdır. Pərdələr üçün istifadə olunan yaylar İtaliya istehsalı Mottura brendinə məxsusdur.

Qatlanan Cambalkon Sistemləri

Çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Bu sistemlərdə şüşə lövhələr alüminium rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, qismən bağlamaq, və ya bütünlüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı (temperli) olması, təhlükəsizliyinizi təmin edir. Profillər alüminium olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Cambalkon sistemləri eyvanın arxitektur quruluşunu pozmur, hətta bir çox rəng çeşidinin olması məkana dekorativ və estetik bir görünüş də bəxş edir. Ən önəmlisi isə sizi ətraf mühitin mənfi təsirlərindən – külək, yağış, toz, səs və s. qoruyur.

Sürgülü Cambalkon

Sürgülü cambalkon sistemleri iç və çöl məkanlar – eyvan, qış baxçası, kafe, restoran,vitrin və ofis arakəsməsi üçün yararlıdır. Dar məkanlar üçün ideal bir sistemdir, beləki, açıldığı zaman öz relsində üst-üstə yığıldığı üçün yer tutmur. Bundan əlavə şüşə panellər içəri qatlanmadığı üçün pərdə istifadəsi çox rahatdır, sinəklik quraşdırılması mümkündür. Çöl məkanlarda 2,5 mt içəri məkanlarda isə 3 metrə qədər istifadəsi mümkündür. 8 mm və 10 mm qalınlığında temperlıi şüşələr istifadə olunur. Profilləri alüminiumdur, korroziyaya ugramir, uzun iller rəngini dəyişmir. Profil və şüşə rəng çeşidlərinin çox olması isə evinizə uyğun rəng seçimi etmənizi asanlaşdırır.

Paket (İkiqat şüşə ilə) Cambalkon

Bu cambalkon sistemi eyvan, qış bağçası, veranda, terras, kafe ve restoranlar ve s. məkanların bağlanması üçün istifadə olunur. İstənildiyi zaman tamamən açılıb-bağlana bilir. Digər cambalkon sistemlərindən fərqli olaraq hava, su və külək keçirmir. Sistemə 28mm qalınlığında paket şüşə istifadə olunur. Şüşə panellərin birləşmələrində izolyasiya üçün EPDM rezin və maqnit istifadə olunur. Bu da təkqat şüşə ilə olan digər cambalkonlarla müqayisədə 5 qat artıq enerji qenaəti deməkdir.İstəyə görə şüşələrin arasına jalüz də quraşdırıla bilər. Sistemin əsas üstünlüklərindən biri də təkərlərin bütün komponentlerinin paslanmaz metaldan olmasıdır. Səssiz hərəktini təmin etmək üçün polyamid örtük ilə üzlənmişdir. 90 dərəcə, L və U şəklindəki eyvanlarda da tətbiq olunması mümkündür. Paket cambalkon ilə məkanlarınızı dörd mövsüm yaşanacaq yer halına gətirə bilərsiniz.